• çərşənbə, 24 Aprel, 19:55
  • Baku Bakı 23°C

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını təltif edib

05.01.23 11:32 641
BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını təltif edib

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

“Kaspi” xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.

Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Milli Məclis Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında qərar qəbul edib.

2019-cu ilin yanvarın 30-da Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib. Zabitlərmiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

banner

Oxşar Xəbərlər