• cümə, 26 Aprel, 13:05
  • Baku Bakı 23°C

Beynəlxalq Muzeylər Günündə “Muzeylərin gücü"

13.05.22 11:30 911
Beynəlxalq Muzeylər Günündə “Muzeylərin gücü"

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.
      Qeyd edək ki, keçən pandemiya şəraiti, gündəlik məişət qayğıları, stress insanlara sosial psixoloji təsir göstərərək onların gündəlik modunu aşağı saldı. Bu məqsədlə 14 May, saat 16:00–da Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyinin və Dəniz Mall AVM-in birgə təşkilatçılığı ilə “Klassik musiqi fleşmobu” həyata keçiriləcək. Tədbir insanlara pulsuz şəkildə klassik musiqi dinləməyə imkan verəcək və günün sonrakı saatları üçün onların əhval-ruhiyyəsini yüksəldəcək. Həmçinin, inanırıq ki, səslənən musiqi dinləyicilərin emosional yaddaşına təsir edərək, muzeylər haqqında fikir stereotiplərini dəyişdirəcəkdir.
     Tədbirdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Ü.Hacıbəylinin “Arazbarı”, C.Gerşvinin "An American in Paris" əsərlərini ifa edəcəklər.

banner

Oxşar Xəbərlər