• şənbə, 11 May, 06:24
  • Baku Bakı 12°C

Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı açıqlanıb

27.03.23 12:15 336
Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı açıqlanıb

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.

Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.

Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

banner

Oxşar Xəbərlər