• şənbə, 20 Aprel, 15:55
  • Baku Bakı 23°C

Bayraktar "AKINCI"-dan növbəti rekord - VİDEO

23.06.22 10:15 1124
Bayraktar "AKINCI"-dan növbəti rekord - VİDEO

Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraktar AKINCI" PUA 13 716 metr hündürlüyə qalxaraq üçüncü dəfə milli aviasiya yüksəklik rekordunu qırıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilmiş "AKINCI" layihəsi çərçivəsində "Baykar" şirkəti tərəfindən istehsal edilmiş PUA 21 iyun tarixində həyata keçirilmiş təlim-yoxlama uçuşu zamanı 13 716 metr hündürlüyə qalxaraq üçüncü dəfə rekord qırıb.

Uçuş 20 saat 23 dəqiqə davam edib.

Rekordunu yeniləyən "AKINCI B" modeli 2 ədəd 750 at gücündə mühərriklə təchiz olunub.

banner

Oxşar Xəbərlər