• çərşənbə axşamı, 19 mart, 11:51
  • Baku Bakı 8°C

"Balaca kişilər" tamaşasının premyerası keçirilib

28.05.23 13:00 5376
"Balaca kişilər" tamaşasının premyerası keçirilib

Mayın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşasının premyerası keçirilib.

Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərimizin həyatından, taleyindən bəhs olunur.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.

banner

Oxşar Xəbərlər