• cümə axşamı, 11 iyun, 08:32
  • Baku Bakı 23°C

Baku TV KATV1-də yayıma başlayıb

08.05.23 17:15 716
Baku TV KATV1-də yayıma başlayıb

Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.

"Report" xəbər verir ki, 2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən KATV1 abunəçiləri də izləyə biləcək.

Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidir.

Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq Connect TV-də yayımlanıb.

banner

Oxşar Xəbərlər