cümə, 09 Iyun, 07:28

Baku Bakı 18°C

Bakıda poeziya gecəsi keçiriləcək

icon 936 icon 25 mart 2023 | 22:15 Bakıda poeziya gecəsi keçiriləcək

Martın 29-da Bakı Marionet Teatrında Azərbaycan şairi Mikayıl Müşfiqin və Litva şairi Vitautas Maçernisin yaradıcılığına həsr edilmiş “Yenə o bağ olaydı” mövzusunda poeziya gecəsi keçiriləcək.

Tədbirin təşkilatçısı Litvanın Azərbaycandakı səfirliyidir. Gecədə şair və musiqiçilər Eqidius Navikas, Natəvan Məcidova, Fərizə Babayeva, Gülnur Məmmədova və Cəlal Səmədov Müşfiqin və Maçernisin ən məşhur əsərlərindən parçaları deklamasiya deyəcəklər. Gecənin aparıcısı rəssam Adilə Əfəndidir.

Gecədə yaradıcı ziyalıların nümayəndələri iştirak edəcəklər.