cümə, 12 Avqust, 06:42

Baku Bakı 22°C

Bakıda dünya ulduzlarının iştirakı ilə möhtəşəm festival keçiriləcək

icon 308 icon 28 iyul 2022 | 14:00 Bakıda dünya ulduzlarının iştirakı ilə möhtəşəm festival keçiriləcək

Sentyabrın 2-də ilk dəfə “Sea Breeze” istirahət mərkəzində ötən əsrin 80-ci illərinin dünya ulduzlarının iştirakı ilə “Open-air” festivalı çərçivəsində “Disco night” adlı möhtəşəm konsert keçiriləcək.

Kaspi.az xəbər verir ki, açıq havada keçiriləcək konsertdə dünya ulduzları Thomas Anders, Joy, Secret Service, Pupo, Boney M, Arabesque kimi musiqi əfsanələri iştirak edəcəklər.

Qeyd edək ki, festivalda iştirak edən ifaçıların 50-dən çox yaşı var və keçmiş şöhrətin izi onların adlarını unutdurmayıb. Onların əfsanəvi musiqiləri hələ də dünya radiostansiyaları və bir çox musiqi festivallarında səsləndirilir.