• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır.

17.08.22 14:30 1161
Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır.

Narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə  Səhnə teatrı “Qaranlıqdan işığa” adlı tamaşa hazırlayıb.
Həmin tamaşa ilk olaraq 16 avqust tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə  Mərdəkan Mədəniyyət Sarayında oynanılıb.
Tamaşadan əvvəl həkim-narkoloq Asif Kəngərli “ Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları”  mövzusunda geniş çıxış edib.
Daha sonra “Qaranlıqdan işığa” tamaşası tamaşaçılara göstərilib. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva,  Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.
Tamaşanı izləyən uşaqlar, yeniyetmələr, kənd ziyalılıarı və ümumən Mərdəkan  teatrsevərləri aktyorları alqışlarla qarşılayıblar.
“Qaranlıqdan işığa” tamaşası 20 avqust tarixində Şüvəlan Qəsəbə Mədəniyyət Evində, 25 avqustda isə Əmircan Qəsəbə Mədəniyyət Evində oynanılacaq. Tamaşanın Bakı kəndlərində, o cümlədən bölgələrimizdə nümayişi nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər