Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxardı - VİDEO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11 nəfəri sağ çıxarıb, daha 20-yə yaxın meyit dağıntılar altından çıxarılıb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.