• cümə, 19 Aprel, 01:16
  • Baku Bakı 18°C

Azərbaycanın Argentinada yeni səfiri TƏYİN EDİLDİ

19.08.22 19:00 873
Azərbaycanın Argentinada yeni səfiri TƏYİN EDİLDİ

Prezident İlham Əliyev Rəmzi Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

banner

Oxşar Xəbərlər