• şənbə, 27 Aprel, 00:31
  • Baku Bakı 14°C

Azərbaycanın amfibiya tipli təyyarəsi Muğla bölgəsinə yola düşəcək

23.06.22 16:00 595
Azərbaycanın amfibiya tipli təyyarəsi Muğla bölgəsinə yola düşəcək

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

Kaspi.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

banner

Oxşar Xəbərlər