• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

28.07.22 09:00 1055
Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq

Tezliklə Böyük Britaniya - Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq.

Kaspi.az xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp yazıb.

"Bu mina aşkarlayan itin idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya - Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək", - deyə C.Şarp bildirib.

banner

Oxşar Xəbərlər