• cümə, 29 Mart, 02:19
  • Baku Bakı 7°C

Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

27.01.23 13:00 597
Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”.

Kaspi.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

O söyləyib ki, hücumla bağlı bütün məsuliyyəti İran daşıyır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

banner

Oxşar Xəbərlər