cümə, 27 Yanvar, 14:44

Baku Bakı 7°C

Azərbaycan-Ukrayna əlaqələrinin 30 illiyinə poçt bloku təqdim olunub

icon 436 icon 05 dekabr 2022 | 18:00 Azərbaycan-Ukrayna əlaqələrinin 30 illiyinə poçt bloku təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunan xüsusi poçt markalarının təqdimatı olub.

Kaspi.az bu barədə nazirliyə istinadən xəbər verir.

Ukraynanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Xarici İşlər Nazirliyinin dəstəyi ilə buraxılmış poçt blokunda “Azərbaycan – Ukrayna diplomatik münasibətlərinin 30 illiyi” sözləri qeyd edilib. İki marka və bir kupondan ibarət poçt blokunda hər iki ölkənin bayraqları, eləcə də Petrikovka təsvirləri (Ukraynanın dekorativ – naxışlı xalq rəsmləri) və Şəki xan sarayına aid ornamentlər əks olunub.

Təqdimat mərasimində Ukrayna səfiri Vladislav Kanevski çıxış edərək iki dövlət arasında münasibətlərin son illər daha da güclənməsindən məmnunluğunu bildirib.

“Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov isə dost ölkə ilə poçt sahəsində əməkdaşlığın daim inkişaf etdirilməsi üçün səylər göstərilməsinin vacibliyini vurğulayıb.

Xüsusi poçt bloku 4 000 tirajla və 200 ədəd “Birinci gün” zərfi ilə birgə buraxılıb.