• cümə axşamı, 18 aprel, 20:32
  • Baku Bakı 21°C

Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

27.06.22 10:37 953
Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

"Kaspi" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov dövlət başçısına Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib.

Bildirildi ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Sonra “ACN” şirkətinin icraçı direktoru Laura Konti Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verdi. Qeyd olundu ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.

Dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

banner

Oxşar Xəbərlər