şənbə, 02 Iyul, 01:01

Baku Bakı 22°C

Azərbaycan nefti cüzi bahalaşıb

icon 116 icon 20 may 2022 | 09:40 Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,48 % artaraq 118,99 ABŞ dolları təşkil edib.

Bu barədə Kaspi.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 110,86 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.