AZE | RUS | ENG |

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi texniki və hərbi təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın olduğunu deyən Müdafiə naziri görüşün önəmini vurğulayaraq bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Münasibətlərin inkişafından məmnunluğunu ifadə edən S.Zas Belarusun Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətraflı müzakirə olunub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873