• çərşənbə axşamı, 19 mart, 10:13
  • Baku Bakı 8°C

Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 769 min barrel olub

11.02.20 15:16 3241
Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 769 min barrel olub
Yanvar ayı üzrə respublikada sutkalıq neft hasilatı 769 min barrel olub. Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.
Energetika NazirliyindənAZƏRTAC-a bildirilib ki, gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac olunub.
Nazirlik yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
banner

Oxşar Xəbərlər