• şənbə, 20 Aprel, 06:03
  • Baku Bakı 14°C

Xocalı faciəsinin qurbanları İsveçrədə anıldı

02.03.21 10:37 513
Xocalı faciəsinin qurbanları İsveçrədə anıldı
Xocalı faciəsi Azərbaycanla bərabər dünyanın başqa öıkələrində yaşayan soydaşlarımız tərəfindən də anıldı. İsveçrədə yaşayan soydaşlarımız da faciənin tanıdılması üçün ənənəvi olaraq tədbir keçirdilər. Pandemiya səbəbindən kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsə də soydaşlarımız faciənin qeyd edilməsi, tanıdılması istiqamətində dar çevrədə də olsa anım tədbiri həyata keçirə bildilər.

İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov "Kaspi”yə açıqlamasında faciənin qeyd edilməsi üçün fərqli format düşündüyünü bildirdi. Pandemiya səbəbindən İsveçrədə 5 nəfərdən artıq insanın bir yerə toplanmasının qadağan olduğunu deyən Q.Nəsirov qeyd etdi ki, ölkədə hər hansı tədbirin keçirilməsinə icazə verərkən bunu şərt qoyurlar: "Mən də Xocalı faciəsini qeyd etmək üçün yollar düşündüm. Xocalıda qətlə yetirilən 63 uşağı anmaq üçün 150-170 sm hündürlüyündə karton fiqurlar düzəltdirdim. Bu fiqurlar Bern, Cenevrə, Bazel və Sürix şəhərlərində qoyuldu. Fiqurların həmin şəhərlərin mərkəzi meydanlarında yerləşdirilməsi üçün icazə alındı. Bu qutular yoldan keçən insanların diqqətin çəkdi. Fiqurların üzərində həlak olan uşaqların pasport şəkilləri yer aldı, doğum tarixləri QR kodla "Justice for Khojaly” ("Xocalıya ədalət”) saytına çıxış verildi. Yoldan keçən adamların dayanmağa vaxtı olmasa da telefonlarının kamerasını yönəldib karton qutulardakı şəkilləri çəkdilər. Yaxınlaşıb maraqlananda üç fiqurun üstündə hazırlanan cibin içində qoyulan flayerləri gördülər. Bu, 8 yaşlı Xəzangül Əmirovanın hekayəsi idi. Onu alman dilinə çevirtdirmiş, həm uşaqlığının, həm sonrakı dövrünün şəkillərini qoymuşdum. Maraqlanan insanlar bu hekayəni dinlədilər. Xarici ölkələrdə, xüsusən İsveçrədə belə şəxsi hekayələri çox sevirlər. Kiminsə sualı olanda biz yaxınlaşıb məlumat veriridik”.
Xacalı faciəsini anım tədbiri İsveçrə şəhərlərində 25-27 fevral tarixlərində qeyd edilib.

banner

Oxşar Xəbərlər