• şənbə, 01 Noyabr, 08:18
  • Baku Bakı 16°C

"Dövlət xidmətləri haqqında" yeni qanun qəbul edildi

01.11.25 00:08 121
"Dövlət xidmətləri haqqında" yeni qanun qəbul edildi

Milli Məclis yeni hazırlanan "Dövlət xidmətləri haqqında" qanun layihəsini son oxunuşda qəbul edib. Layihəyə əsasən, Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.

Sənəddə qeyd edilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək. Layihəyə görə DXER operatoru tərəfindən yeddi iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq yeddi iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

banner

Oxşar Xəbərlər