• şənbə, 25 Oktyabr, 02:54
  • Baku Bakı 17°C

Qarabağa 500 min turist səfər edib

25.10.25 00:11 75
Qarabağa 500 min turist səfər edib

Son aylar Qarabağ və Şərqi Zəngəzura həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb: "Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Onlardan 20-si Xankəndi şəhərində yerləşir".

Məlumatda həmçinin qeyd olunub ki, turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb: "Yolumuz Qarabağa" və "e-Polis" portalları vasitəsilə səfər edənlər icazələrini onlayn qaydada əldə edə bilirlər".

banner

Oxşar Xəbərlər