cümə, 12 Avqust, 05:57

Baku Bakı 23°C

XİN başçıları Rusiyada Azərbaycanın bir sıra KİV-in bloklanmasına münasibət bildiriblər

icon 270 icon 24 iyun 2022 | 15:03 XİN başçıları Rusiyada Azərbaycanın bir sıra KİV-in bloklanmasına münasibət bildiriblər

“Azərbaycan bir sıra KİV-inin Rusiyada bloklanması rəsmi Bakını narahat edir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan səfəri zamanı müzakirə olundu”.

Kaspi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən bildirib.

“Son aylarda bir sıra problemli məsələlər ortaya çıxdı. Azərbaycanın bir sıra KİV-i Rusiyada bloklandı, bu ay isə “RİA Novosti” Azərbaycanda bloklandı. Bu mövzu bizi təbii ki, narahat edir. Bugünkü görüşlərdə bu məsələyə toxunduq. Əsas diqqət bu cür halların nəticələrinin deyil, baş verməsinin qarşısını almağa yönələn mexanizmlərin hazırlanması zərurətinə yönəldildi. Bizə elə gəlir ki, onların baş verməsinin qarşısını almaq daha səmərəli olar. Bu baxımdan, "dəyirmi masa"ların keçirilməsi faydalıdır”, - C.Bayramov vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində bu məsələnin Bakıdakı görüşdə müzakirə olunduğunu deyib: “Bir-birimizin qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, hər iki tərəfin aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçirəcəyimiz haqqında ümumi anlayış var. Xarici işlər nazirliklərinin informasiya xidmətlərinin himayəsi altında belə məsləhətləşmələri təşkil etmək barədə razılıq əldə olunub”.