Rassell sıralama turunda birinci olub
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, üç mərhələnin yekunda birinci yeri tutan pilot müəyyənləşib.
Ən yaxşı nəticəni "Mersedes" pilotu Corc Rassell göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, "Maklaren"dən Oskar Piastri üçüncü yeri tutub. Bu gün üçüncü sərbəst yürüşdə "Red Bull"dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
Bir gün əvvəl Corc Rassell ilk və ikinci sınaq yürüşündə birinci olub.
"Formula 2" üzrə Azərbaycan Qran-prisində də birinci əsas yarış başa çatıb. "Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yeri tutub. İlk üç yeri tutan pilotlara mükafatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.