• cümə axşamı, 18 aprel, 09:22
  • Baku Bakı 12°C

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

17.10.20 23:17 1391
XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
APAxəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsi yayıb.
Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
banner

Oxşar Xəbərlər