Xalqın mənəvi ruhu vecinə də deyil, sağlamlıq təhlükədədir
"Tottenhem”in futbolçusu,
hazırda icarə əsasında "Nyukasl”da çıxış edən Denni Rouz Premyer Liqanın bərpa
olunacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Kaspi.az xəbər verir ki,
Rouz çempionatın bərpasının əleyhinədir. O, sağlamlığın ən ümdə şərt olduğunu qabardıb:
"Hakimiyyət nümayəndələri
deyir ki, futbol xalqın mənəvi ruhunu qaldıracaq. Xalqın mənəvi ruhu mənim
vecimə də deyil, sağlamlğımız təhlükədədir.
Virusa yoluxanların
sayında kəskin azalma olmayana qədər, çempionatın bərpasından danışmaq
yersizdir. Bu cəfəngiyatdır. Cümə günü tesdən keçəcəyəm. Gözləyək, görək nə
olur.
İnsanların ağrıması və
ölməsi mənə pis təsir edir. Belə vaxtda futbol ən axırıncı yerdə olmalıdır”.