• çərşənbə, 02 Iyul, 14:51
  • Baku Bakı 26°C

Türkiyə və ABŞ prezidentləri Qarabağ məsələsini müzakirə edəcəklər

12.10.21 10:15 602
Türkiyə və ABŞ prezidentləri Qarabağ məsələsini müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Bayden ilə Qarabağ məsələsini müzakirə edəcək.
Kaspi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Milliyet” qəzetinə müsahibəsində bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin "G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib: "ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

"Xüsusilə ticarətin genişlənməsini və artırılmasını çox istəyirik. Ağ Evdəki görüşlərimdə bu mövzunu həmsöhbətlərimin diqqətinə xüsusilə çatdırdım. Dedim ki, Türkiyə ilə ABŞ arasında 21 milyard dollarlıq ticarət həcmi yaraşmır”, - İ.Kalın əlavə edib.
banner

Oxşar Xəbərlər