• cümə axşamı, 25 aprel, 07:37
  • Baku Bakı 14°C

Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanla əlaqələrin bərpasını müzakirə edəcək

27.01.22 12:00 398
Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanla əlaqələrin bərpasını müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Ermənistanla əlaqələrin bərpası müzakirə ediləcək.
"Report”xəbər verir ki, iclasda Ermənistanla münasibətlərdə qarşıdakı müddətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verəcək.
Bundan başqa, toplantıda Ukrayna-Rusiya gərginliyi, İsraillə əlaqələrin normallaşdırılması və terrorla mübarizə istiqamətində görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər