• şənbə, 27 Aprel, 07:03
  • Baku Bakı 12°C

Türkiyə klublarının avrokuboklardakı siyahısı bəlli olub

19.05.21 01:33 718
Türkiyə klublarının avrokuboklardakı siyahısı bəlli olub
Türkiyənin avrokuboklardakı təmsilçilərinin tam siyahısı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Türkiyə kubokunun finalından sonra ölkəni qitədə təmsil edəcək 5 klubun qatılacağı turnirlər bəlli olub.
Ölkə çempionu "Beşiktaş”ın finalda "Antalyaspor”u yenərək kuboku qazanması "Fənərbaxça”nın Avropa Liqasına yolunu açıb. Super Liqanın üçüncüsü olan "sarı-lacivərtlilər” ikinci dərəcəli turnirin pley-offunda oynayacaq.
"Beşiktaş” həm də çempionatın 5-ci "Sivasspor”un Konfrans Liqasına düşməsinə səbəb olub. Sivaslılar "Trabzonspor” kimi yeni turnirdə oynayacaq.
Çempionlar Liqasında isə "Beşiktaş”la "Qalatasaray” çıxış edəcək. Sonuncular II təsnifat mərhələsindən mübarizəyə başlayacaqsa, "Beşiktaş”ın taleyi turnirin builki qalibindən asılıdır. Əgər Çempionlar Liqasının qalibi öz ölkəsindən bu turnirə vəsiqə qazanmış olsa, istanbullular qrupda, əks-halda pley-offda oynayacaq.
Çempionlar Liqası
"Beşiktaş” (pley-off/qrup)
"Qalatasaray” (II təsnifat mərhələsi)
Avropa Liqası
"Fənərbaxça” (pley-off)
Konfrans Liqası
"Trabzonspor” (III təsnifat mərhələsi)
"Sivasspor” (II təsnifat mərhələsi)
banner

Oxşar Xəbərlər