• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Tural Abbaslı: Ermənistan normal qonşuluq siyasəti yürütmək istəmir

25.06.22 14:00 703
Tural Abbaslı: Ermənistan normal qonşuluq siyasəti yürütmək istəmir

Dünyada qəbul olunmuş qaydadır ki, tərəflər arasında atəşkəs və sülh müqaviləsi imzalananda minaların xəritələri təqdim olunur. Bu, müharibənin bitməsinin göstəricisi və minaların mülki şəxslərə ziyan verməsinin qarşısını almaq üçündür. Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın həm Qərb ölkələrinin, həm də Rusiyanın vasitəçiliyi ilə bizə təqdim etdiyi və qarşılığında da güzəştlər etdiyimiz xəritələri yanlış çıxdı. Prezident İlham Əliyevin verdiyi məlumatdan da məlum oldu ki, həmin xəritələrin cəmi 25 faizi həqiqidir. Bu, bir daha onu göstərir ki, Ermənistan sülh istəmir, hələ də müharibənin nəticələri ilə barışmayıb, sülh şəraitində yaşamaq və normal qonşuluq siyasəti yürütmək istəmir. Revanşist hisslərlə yaşayır və yenidən bu müharibəni davam etdirmək istəyirlər.

Bu fikirləri AZƏRTAC-a Zəngilana səfər çərçivəsində müsahibə verən Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, partiya və fərdi olaraq müxtəlif ölkələrin müxbirlərinə verdikləri müsahibələrdə bu barədə öz fikirlərini açıqlayır, sosial şəbəkələrdə belə mübarizəni davam etdirirlər: “Düşünürəm ki, səfirliklərimiz və konsulluqlarımız bu işləri fəal təşkil etməlidirlər. Biz beynəlxalq arenada ermənilərin əsl simasını göstərməli, Ermənistan haqqında həqiqətləri dünyaya çatdırmalıyıq”.

banner

Oxşar Xəbərlər