• cümə, 29 Mart, 04:21
  • Baku Bakı 7°C

Tramp "Google"u seçkilərdə manipulyasiya etməkdə ittiham edib

20.08.19 09:21 5693
Tramp "Google"u seçkilərdə manipulyasiya etməkdə ittiham edib
ABŞ prezidenti Donald Tramp "Google" şirkətini 2016-cı ildə keçirilən seçkilərdə manipulyasiya etməkdə ittiham edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb.
ABŞ prezidenti bildirib: "İndicə hesabat çıxdı! 2016-cı ildə keçirilən seçkilərdə "Google" manipulyasiya yolu ilə Hillari Klintona 2,6 milyondan 16 milyona qədər səs əlavə edib! Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir! "Google" şirkətini məhkəməyə vermək lazımdır. Mənim qələbəm düşünüldüyündəndə böyük olub!".
banner

Oxşar Xəbərlər