“Söyüş şəbəkəsi” mütəşəkkil cinayətkar dəstədir

Müxtəlif vaxtlarda Avropa ölkələrinə sığınan anti-milli ünsürlər
sosial şəbəkələr vasitəsilə Azərbaycanın dövlət atributlarına, ictimai
xadimlərinə, tanınmış insanlara qarşı təhqir və böhtanlar yağdırırlar. Heç
şübhəsiz ki, "söyüş şəbəkəsi”nin arxasında Azərbaycana təzyiq göstərməyə cəhd
edən müxtəlif mərkəzlər dayanır. Belə olmasaydı, "söyüş şəbəkəsi”nə daxil
olanların hər biri təhqiramiz ifadələrlə dolu, terrorizmə, separatçılığa, hətta
cinayətə təşviq edən çağırışlar etməz və cəzasız qalmazdılar. Amma ümumilikdə
bu qənaətə gəlmək olar ki, "söyüş müxalifəti”ndə təmsil olunanlar əslində
mütəşəkkil cinayətkar dəstənin üzvləridir. Bəs onların zərərsizləşdirilməsi
üçün hansı addımlar atılmalıdır?

Yadınızdadırsa, yaxın aylarda bu şəbəkənin iki üzvü arasında kəskin pul davası oldu. Bir-birini açıqca ittiham etdilər ki, filankəs qrant verib, amma mənim payımı düz çatdırmamısan. İndi onlar millətçilikdən, dövlətçilikdən necə danışır, anlaya bilmirəm. Orduxan da, Tural da, Mirzəli də, təzə peydahlanan Şakir də, narkoman Vidadi də eyni bezin qıraqlarıdır. Onlar xüsusi qüvvələrdən təlimat alırlar, şəbəkə formasında fəaliyyət göstərirlər, Azərbaycanın düşmənlərinin əmrlərini icra edirlər.
Dəfələrlə parlamentdə çıxışım zamanı bu anti-milli ünsürlərə qarşı ilk olaraq cinayət işinin açılmalı olduğunu demişəm. Onlara qarşı ən azından qiyabi ittiham elan olunmalıdır. Bu yaxında mediadan oxudum ki, artıq Orduxan Teymurxan haqda cinayət işi açılıb. Digərlərini də təcili bu siyahıya əlavə etmək lazımdır. Bundan sonra bir çox dövlətlərlə ekstradisiya müqavilələri yenidən incələnməlidir. Tutaq ki, Fransa ilə belə bir müqaviləmiz yoxdur, amma yenə də bu tələbi irəli sürmək olar. Ardınca, həmin nankorların videoları ingilis dilinə tərcümə edilərək, məskunlaşdıqları dövlətlərin hüquq-mühafizə orqanlarına göndərilməlidir. Bunu ən azından izahat tələbi ilə etmək lazımdır. Şəxsən mənə çox maraqlıdır, cavab nə olacaq”.
E.Musayev əlavə etdi ki, "söyüş müxalifəti”ndə yer alan bu cür tərbiyəsizlərin video bloklarının Azərbaycanda yayılmasına yasaq qoyulmalıdır: "Eyni ilə "Azadlıq” radiosu, "Azadlıq” qəzeti, "Meydan Tv” kimi. Çünki bunların fəaliyyəti siyasi deyil, dövlət və dövlətçilik əleyhinə qəsddir. Bu, həm zehni, həm mənəvi, həm faktiki cəhətdən belədir. Diqqət edin, həmin videolarda yalnız baş kəsməyə, inqilaba, iğtişaşa, digər ağır cinayətlərə çağırışlar var. Bunun qarşısı alınmalıdır. Bu anti-milli ünsürlər bir şəkildə susdurulmalı, ölkəyə gətirilməli və onların qanun, ədalət qarşısında cavab verməsi təmin edilməlidir”.

"Demokratik Azərbaycan
Naminə” İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirdi ki,
sosial şəbəkələrdə etik normaların pozulması, qanuna zidd çağırışlar olur:
"Təəssüflər olsun ki, sosial şəbəkələrdə mövcud olan və xaricdə oturub özünü
"siyasi mühacir” adlandıran "söyüş müxalifəti” bütün hədləri aşıb. Heç bir
halda buna dözmək, həzm etmək mümkün
deyil. Çünki onların çağırışlarında etik prinsiplər pozulur, qanuna zidd
əməllər özünü göstərir. Onların bu addımları mahiyyət etibarı ilə sırf cinayət
xarakterlidir. "Söyüş müxalifəti”ndə təmsil olunanlar açıq şəkildə dövlətçiliyə
qarşı çıxırlar, terrorizmə, separatçılığa, insanlıq əleyhinə yönələn çağırışlar
edirlər. Bu çağırışlarla insanları cinayət törətməyə səsləyirlər. Məhz bu
baxımdan, onların fəaliyyəti cinayət məsuliyyəti yaratdığına görə məsələ ilə
bağlı hüquq-mühafizə orqanları müvafiq addım atmalıdır. Azərbaycan müxtəlif
beynəlxalq konvensiyalara qoşulub və bu baxımdan insanları açıq cinayət
törətməyə səsləyən şəxslərlə bağlı dövlətimiz tərəfindən hüquqi addımlar atıla
bilər. Bu cinayət əməllərini özündə ehtiva edən maddələr tək Azərbaycan deyil,
eləcə də beynəlxalq qanunvericilikdə də yer alır. Düşünürəm ki, hüquq-mühafizə
orqanları insanları açıq qarşıdurmaya səsləyən bu şəxslərlə bağlı müvafiq
müraciətlər etməlidir və onlar məsuliyyətə cəlb olunmalıdırlar”.
E.Behbud "söyüş müxalifəti”ndən olan V.İsgəndərlinin hərəkətləri ilə
bağlı Fransa hökumətinə ünvanlanan müraciətə toxunaraq qeyd etdi ki, bu
petisiya mənəvi dəyərlərimizə, xalqımızın milli xüsusiyyətlərinə, həyat tərzinə
bu və ya digər dərəcədə aidiyyatı olmayan üsullarla özlüyündə
"siyasi" fəaliyyətlə məşğul olduğunu düşünən, əslində isə iyrəncliyin
dibinə enən şəxslərə qarşıdır: "Bunlar hesab edirlər ki, əgər Azərbaycan
dövlətinin sərhədlərindən kənardadırlarsa, hər cür qanunsuzluq və əxlaqsızlıq
edə bilərlər. Ancaq biz hamımız yaxşı bilirik ki, terrorizmə, müxtəlif
cinayətlər törətməyə çağırış dünyanın bütün ölkələrinin qanunvericiliyinə görə
cinayət məsuliyyəti yaradır. Ən vulqar, kəskin ifadələr belə, bu cür şəxslərə
münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Ona görə hesab edirəm ki,
bütün ictimai fəallar, eləcə də vətəndaşlarımız siyasi fəaliyyətlə yox, cinayət
fəaliyyəti ilə məşğul olan məlum anti-Azərbaycan şəbəkəsinin murdar
fəaliyyətinə etirazını bildirməkdə davam etməlidir”.AZAD
