• şənbə, 12 Iyul, 11:04
  • Baku Bakı 21°C

“Şübhəli əməliyyatların monitorinqi” sistemi yaradılır

12.07.25 00:11 102
“Şübhəli əməliyyatların monitorinqi” sistemi yaradılır

Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması, bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. 
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkə Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edəcək. Maliyyə Monitorinqi Xidməti isə “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək. Xidmət həm də RİNN ilə birlikdə sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

banner

Oxşar Xəbərlər