• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Son 25 ildə “Yuventus”un ən yaxşısı

18.04.20 16:15 615
Son 25 ildə “Yuventus”un ən yaxşısı
İtaliya nəşri "Tuttosport” "Yuventus”la bağlı azarkeşlər arasında sorğu keçirib.
Kaspi.az xəbər verir ki, sorğuda azarkeşlər "Yuve”nin son 25 ildə ən yaxşı futbolçusunu müəyyənləşdiriblər. Nəşr Turin klubunun şərəfini qoruyan 16 futbolçunu 8 cütlüyə bölüb.
Və azarkeşlər pley-off sistemi ilə ən yaxşını müəyyənləşdiriblər. Nəticədə Alessandro Del Pyero ilə Pavel Nedved finala vəsiqə qazanıblar. Final sorğusunda Del Pyero səslərin 93 faizini toplayıb.
Del Pyero "Yuventus”un şərəfini 1993-2011-ci illərdə qoruyub. O. bütünb turnirlərdə 706 oiyunda meydana çıxıb, 290 qol vurub, 81 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər