• cümə, 29 Mart, 04:07
  • Baku Bakı 7°C

Şahmat üzrə onlayn superturnirdə 3 zəka sahibi liderlər qrupundadır

20.04.20 11:00 559
Şahmat üzrə onlayn superturnirdə 3 zəka sahibi liderlər qrupundadır
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin birinci turunun ikinci gününün qarşılaşmaları keçirilib.
AZƏRTACxəbər verir ki, aprelin 19-da keçirilmiş oyunlarda amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5, fransalı Vaşe-Laqrav isə Niderland təmsilçisi Aniş Giriyə 3:1 hesabı ilə qalib gəliblər.
Beləliklə, birinci turun yekun nəticələrinə görə, Vaşe-Laqrav, Liren Dinq və F. Karuana 3 xalla turnir cədvəlinə liderlik edirlər. M.Karsen 2 xalla dördüncü, Hikaru Nakamura isə 1 xalla beşinci yerdədirlər. Y.Nepomnyaşi, A.Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca xalsız qalıblar.
Turnirin mükafat fondu 250 min dollardır.
banner

Oxşar Xəbərlər