Rusiyalı boksçu Tailandda öldü
Rusiyalı boksçu
Aleksey Zabolotskix sentyabrın 22-də Tailandın Comtene şəhərində ölüb.
Kaspi.az xəbər
verir ki, boksçu qaldığı hotelin 4-cü mərtəbəsindən yıxılıb. O, ağır zədə alıb.
Həkimlər hadisə yerinə gələndə boksçu sağ olub. Ancaq xəstəxanaya aparılarkən
yolda keçinib.
Boksçunun
tanışının yerli mediaya verdiyi məlumata görə, Aleksey dostları ilə birgə
spirtli içki qəbul edərək əylənib. O, hotelə səhərə yaxın gəlib. Boksçu otağa
daxil olduqdan sonra balkona çıxıb və yıxılıb.
Polis araşdırma
aparır.