AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan prezident andı içdi

Rəcəb Tayyib Ərdoğan prezident andı içdi

Siyasət
28 Avqust 2014, 16:47 863
Andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edib.

R.T.Ərdoğan Türkiyənin Prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içib. Andiçmə mərasimindən sonra Türkiyənin dövlət himni səslənib və 101 dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir R.T.Ərdoğan qələbə qazanıb./trend/