• çərşənbə axşamı, 23 aprel, 16:01
  • Baku Bakı 24°C

Qulam İsaqzai: Ekstremizm sərhədlər tanımayan bir təhdiddir

10.12.19 15:45 651
Qulam İsaqzai: Ekstremizm sərhədlər tanımayan bir təhdiddir
Ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səy göstərilməsi vacibdir.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib.
Q.İsaqzai vurğulayıb ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir.
BMT rəsmisi ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib.
O qeyd edib ki, BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir. Q.İsaqzai, həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb.
O əlavə edib ki, Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır.
banner

Oxşar Xəbərlər