AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

QMİ sədri: “Aleksandr Atanın vəfatı bizim üçün böyük itkidir”

QMİ sədri: “Aleksandr Atanın vəfatı bizim üçün böyük itkidir”

Cəmiyyət
13 İyun 2021, 13:30 193
"Aleksandr Atanın vəfatı bizim üçün böyük itkidir. Bu gün yaxın dostum, sirdaşım, qardaşım, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının banisi arxiyepiskop Aleksandrın vida mərasimində iştirak edir, ona dualar edirik”.
APA-nın məlumatına görə, bunu bu gün Aleksandr Ata ilə vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri deyib ki, Aleksandr Ata Rusiya və Azərbaycan, Rus Pravoslav Kilsəsi və QMİ arasında, xüsusən Rus Pravoslav Kilsəsinin rəhbəri Krillə aralarındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına hər zaman dəstək verib, yardımçı olub : "20 yanvar, Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi dövründə biz həmişə bərabər olmuşuq, istər Azərbaycanın daxilində, istər xaricdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlimizdən gələni etmişik. O, demək olar ki, bir Azərbaycan vətəndaşı kimi Azərbaycanın xoş günlərinə sevinib, çətin günlərində isə həmişə yanında olub. Aleksandr Ata 12 il əvvəl xəstələnən zaman mən bu barədə Prezident İlham Əliyevə məlumat verdim. 12 il ərzində həmişə Aleksandr Atanın müalicəsi Prezident İlham Əliyevin diqqət mərkəzində olub, bütün müalicə xərcləri təmin edilib. Bu, dövlət-din münasibətlərinin yüksək bir təzahürüdür və mən buna görə dindarlar adından Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu gün mənim üçün çox ağırdır, mən bir dostumu, qardaşımı itirmişəm”.