AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qızıl top”u qazanıbsan” xəbərinə reaksiyası necə olub?

“Qızıl top”u qazanıbsan” xəbərinə reaksiyası necə olub?

İdman
05 Dekabr 2019, 11:08 194
"Barselona”nın futbolçusu Leonel Messinin "Qızıl top”u qazandığı ilə bağlı xəbərə necə reaksiya göstərdiyi bəlli olub. 
 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "France Football” nəşrinin əməkdaşı Paskal Ferrer yayıb. Məhz o, Leoya zəng edərək "Qızıl top”u qazandığı ilə bağlı məlumat verib: 
 
"Ona zəng etdim və bizim aramızda adi danışıq oldu. Leoya dedim ki, sənin üçün yeni xəbərim var. O da bildirdi ki, bəzi söz-söhbətlər eşidib.
 
Cavabında bildirdim ki, bu, söz-söhbət deyil, sən həqiqətən də "Qızıl top”u qazanıbsan.  Messi belə reaksiya verdi: "Oooo, doğrudan? Doğrudan?” O, xoşbəxt idi, bu xəbərdən çox sevindi”.
 
Messi "Qızıl top” mükafatını 6-cı dəfə qazanıb.