• çərşənbə axşamı, 19 mart, 08:33
  • Baku Bakı 8°C

Qiyamətə qalmayan Zəfər

16.04.21 17:30 2136
Qiyamətə qalmayan Zəfər
"İndi də onların ordusu bax, bu pulemyot kimi yararsızdır”
Uzaq tarix deyil, 8 ay bundan öncə, 10 milyon xalqın ürəyi Qarabağda döyünürdü. Analarımızın duaları, qələbə arzularımız, zəfər hissləri, prezidentin hər gün gözlədiyimiz qürurverici çıxışları, sevinc göz yaşları, fərəh hissi, dəfələrlə çevirib yenidən baxdığımız "Bayraktar”ın, HAROP-un məhv etdiyi düşmən texnikası... Əsgərlərimizin qürurlu duruşu, qorxmaz, məğrur hərəkətləri, müharibədə iştirak etmək arzusu... Vətən uğrunda canını gözünü belə qırpmadan fəda edən Azərbaycan əsgəri və məğrur Azərbaycan əsgərinin fonunda qaçmamağı üçün maşına zəncirlənən erməni hərbçisi... Və sonda 30 ildir gözlədiyimiz qələbə... Hamımız bu hissləri yaşadıq. Nəhayət, torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdik. Biz qələbə paradını bütün dünyaya nümayiş etdirdik. Ən əsası, başımıza gələn bütün faciələrdə kar, kor rolunu oynayan, haqlı davamızda isə yanımızda deyil, qarşımızda olan "dost”larımıza göstərdik.
Bu gün qələbəmizi qəlbimizdə bir daha canlandıran, Azərbaycan əsgərinin "dəmir yumruq” əməliyyatı ilə məhv edilən, erməni ordusunun gücünün mif olunduğunu sübut edən hərbi texnika Hərbi Qənimətlər Parkında nümayiş olunur. Qələbənin məkanı olan bu parka yollanırıq.
banner

Oxşar Xəbərlər