• çərşənbə axşamı, 19 mart, 14:05
  • Baku Bakı 8°C

Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır

24.07.21 16:45 383
Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
2021-ci ilin birinci yarısının yekunları Azərbaycan iqtisadiyyatında iqtisadi artımın yenidən bərpa olunduğundan xəbər verir.
AZƏRTACxəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatı hesabat dövründə 2 faiz artıb. Eyni zamanda, qeyri-neft sektorunda artım tempi 5 faizdən çoxdur. Aqrar sektorda 6 faizədək artım qeydə alınıb. Bütün bunlar ondan xəbər verir ki, 6 ayda artım birbaşa qeyri-neft sektorunun və bu sektorda aparılan islahatlar nəticəsində baş verib. Nəticə etibarilə iqtisadi artımda neftdən kənar artım drayver rolunu oynayır. Eyni zamanda, ixrac və valyuta ehtiyatlarında artımlar müşahidə olunur. Azərbaycanın ixracatında 15 faiz artım qeydə alınıb və qeyri-neft ixracı 27 faiz artıb. Bu ilin yekununda Azərbaycanın ixracatı 2 milyard dollardan çox olacaq ki, bu da praktik olaraq müstəqillik ilinin rekord proqnozudur.
"Valyuta ehtiyatlarının xarici borc məbləğini altı dəfə üstələməsi də Azərbaycan iqtisadiyyatındakı həm təhlükəsizlik, həm də müstəqil siyasətin həyata keçirilməsindən xəbər verir. Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətən altı dəfə çox olan azsaylı ölkələrdən biridir. Xüsusən də MDB ölkələrində və digər inkişaf etmiş bir sıra ölkələrdə xarici borc məbləği ümumi daxili məhsulda xüsusi paya malikdir. Qonşu ölkələrdə xarici borcun ümumi daxili məhsulda payı 50 faizdən çoxdur. Azərbaycanda isə bu rəqəm 19 faizdir və növbəti illərdə bu faizin daha da azalması gözlənilir. Bu da ondan xəbər verir ki, həm qeyri-neft sektorundakı inkişaf, eyni zamanda, xarici borcun tənzimlənməsi, valyuta ehtiyatlarımızın artması növbəti dövrlər üçün də iqtisadi fəaliyyətin dayanıqlı inkişafı baxımından yeni imkanlar yaradır”, - deyə V.Bayramov qeyd edib.
banner

Oxşar Xəbərlər