bazar, 01 Oktyabr, 02:44

Baku Bakı 22°C

“Qarabağ”ın legioneri: “Çempion olmaq möhtəşəm hissdir”

icon 1413 icon 29 may 2023 | 12:00 “Qarabağ”ın legioneri: “Çempion olmaq möhtəşəm hissdir”

“Qarabağ”ın futbolçusu Redon Cica Azərbaycan çempionu olmaları barədə fikirlərini bildirib.

Albaniyalı futbolçu özünü möhtəşəm hiss etdiyini deyib:

“Çempion olmaq möhtəşəm hissdir. İlk vaxtlar komandaya uyğunlaşmaqda çətinlik çəkirdim. Amma zaman keçdikdə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm”, - Cica deyib.

Qeyd edək ki, “Qarabağ” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub. Cica bu ilin yanvarında Albaniyanın “Tirana” klubundan Ağdam təmsilçisinə transfer olunub. O, bu mövsüm Premyer Liqada 13 matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.