Putinin müşaviri “bu sözlər irqçilikdir” dedi
Rusiyalı
futbolçu Pavel Poqrebnyakın fikirləri geniş müzakirə olunur.
Kaspi.az xəbər
verir ki, Poqrebnyak qaradərili Arinin Rusiya yığmasına çağırılmasına sərt
münasibət bildirmişdi. O, qeyd etmişdi ki, Rusiya yığmasında qaradərili
futbolçunu görmək gülməlidir. Onun bu fikirlərini irqçilik kimi dəyərləndiriblər.
Məsələ geniş
müzakirə olunduğu üçün Rusiya prezidentinin insan haqları üzrə müşaviri Mixail
Fedotov da açıqlama verib. O, Poqrebnyakın fikirlərini irqçilik adlandırıb:
"Mən hesab edirəm
ki, Risya yığmasında ölkəmizin vətəndaşı olan istənilə futbolçu çıxış edə bilər.
Bu məsəldə dərinin rənginin heç bir əhəmiyyəti yoxdur. Bu, hər kəsə aydın
olmalıdır. Poqrebnyakın sözləri irqçilikdir”.