• şənbə, 26 Aprel, 09:40
  • Baku Bakı 13°C

Prezident Müqəddəs Məryəm Ana kilsəsində olub

26.04.25 00:14 114
Prezident Müqəddəs Məryəm Ana kilsəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

banner

Oxşar Xəbərlər