• çərşənbə axşamı, 16 aprel, 23:25
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15.09.21 17:19 226
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.
Kaspi.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin müstəqilliyinin 200-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
banner

Oxşar Xəbərlər