• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Prezident: Bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir

30.07.20 20:33 731
Prezident: Bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir
Bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.
Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan".
banner

Oxşar Xəbərlər