• şənbə, 20 Aprel, 14:26
  • Baku Bakı 23°C

Paşinyan-kilsə qarşıdurmasında kim qalib olacaq?

06.07.20 20:58 923
Paşinyan-kilsə qarşıdurmasında kim qalib olacaq?
Ekspertlərin fikrincə, "Qarabağ klanı” və kilsə baş nazirə qarşı "xaç yürüşü” başladıb

Nikol Paşinyan "küçə inqilabı” ilə sonra hakimiyyətə gəldikdən sonra Ermənistandakı keçmiş iqtidar təmsilçilərinə, xüsusilə "Qarabağ klanı”na qarşı hərəkətə keçdi. Keçmiş prezident Robert Koçaryana qarşı cinayət işinin açılmasından belə çəkilməyən Paşinyan daha sonra digər "təmizləmələr”i zəruru hesab etdi. "Demokrat” imicli baş nazir hətta onun siyasi hakimiyyətini dəstəkləyənləri də hədəfə gətirdi. Ambisiyalarını reallaşdırmaqda çətinlik çəkən Paşinyan hüquqi dəstəyi görə bilmədiyi üçün məhkəmə hakimiyyətinə qarşı da hərəkətə keçdi. Baş nazir koronavirus pandemiyasını bəhanə gətirərək referendum keçirmədən, parlament vasitəsilə konstitusiya düzəlişlərinə "nail” oldu və Konstitutsiya Məhkəməsinin sədrini və 3 hakimini işindən uzaqlaşdırır. Paşinyan atdığı qeyri-müəyyən addımlar Ermənistanda həmişə nüfuz sahibi olan kilsə tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də artıq xeyli müddətdir Ermənistanda kilsə-Paşinyan qarşıdurması müşahidə olunur. Təbii ki, məqsəd kilsəni hakimiyyətə tabe etdirməkdir. Bəs görəsən xeyli müddətdir davam edən kilsə-Paşinyan qarşıdurması nə ilə bitəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra II Qareginin bütün ermənilərin katolikosu titulundan məhrum edilməsini tələb edən "Yeni Ermənistan, yeni patriarx" hərəkatının fəalları 2018-ci ilin iyulunda Eçmiədzindəki dəftərxanaya hücum etdilər: "Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vaxtilə adı tez-tez ən çirkli işlərdə hallanan kilsəyə qarşı hücumlar artdı. Yerevanda katalikos əleyhinə mitinqlər keçirildi. Erməni kilsəsinin tarix boyu ermənilərin dindən daha çox ideoloji mərkəzi olması nəzərə alınarsa, o zaman Eçmiədzinə hücumların arxasında daha böyük siyasi planların olduğunu düşünmək olar. Xaricdəki erməni diasporunun II Qaregini öz katalikosu kimi qəbul etmədiyi, diasporla Eçmiədzin arasında dərin nifrət və ədavətin olduğu məlumdur. Görünür, Paşinyanı hakimiyyətə gətirən diaspor fürsətdən istifadə edib həm də Qareginlə haqq-hesab çürüdərək ondan qisas almaq istəyir. Ermənistan artıq nəinki iqtisadi, sosial, həm də dərin ideoloji, siyasi bir parçalanmaya doğru sürətlə irəliləyir”.
N.Məmmədova qeyd etdi ki, Paşinyan gələndən sonra Qarabağdan olan ermənilər Ermənistanın siyasi elitasından qovulub, onların siyasi, iqtisadi, hərbi sahədəki hegemonluq dövrü başa çatıb: "Paşinyana qarşı "Qarabağ klanı” və kilsə "xaç yürüşü” başladıb. Bununla da, Dağlıq Qarabağ və Ermənistan arasında Miatsumla başlayan tam 30 illik həmrəylik çat verdi və düşmənçilik həddinə çatdı. Diaspor və Qarabağ separatçıları arasında, eləcə də Paşinyanın və diasporun Rusiyanın hələ çar dövründən Ermənistanda ən yaxın əlaltısı hesab etdiyi Eçmiədzin kilsəsi arasında təfriqə gücləndi. ABŞ regionda geosiyasi təsirini Ermənistanın yeni rəhbərliyi vasitəsilə həyata keçirməkdədir.
Diaspor ilə Eçmiədzin kilsəsi arasında daim ədavət olub. Qarabağı ələ keçirdikdən sonra isə dünya erməniliyi içərisində gördüyümüz kimi qarşıdurma yaranıb. Koronovirus pandemiyası ölkələrin fors-major vəziyyətlərə hazırlıq durumunu əyani surətdə ortaya çıxarıb və Ermənistan da koronavirus pandemiyası qarşısında aciz qalan ölkələrdəndir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda kilsənin siyasi hakimiyyətə daim təsiri olub: "Qarabağ klanı” dövründə kilsə müntəzəm olaraq iqtidarla birlikdə koordinasiyalı çalışır və hakimiyyətin cinayətkar siyasəti ilə birgə hərəkət edirdi. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra kilsənin hakimiyyətə təsirini azaltmaq üçün fəaliyyətə keçdi. Çünki kilsə "Qarabağ klanı”nı dəstəkləyirdi və hakimiyyətin içərisinə girib, daxildən onu laxlada bilərdi. Ona görə də Paşinyanın əsas hədəfi bu istiqamətdə oldu”.
M.Əsədullzadə vurğuladı ki, kilsə həmçinin xarici ölkələrin agentura sistemi ilə koordinasiyalı fəaliyyət göstərir və burada məqsədhəmin ölkələrin siyasətinə dəstək verməkdir: "Kilsə də öz növbəsində Paşinyana qarşı hərəkətə keçib. Dindarlar anti-Paşinyan planına malikdirlər. Bu istiqamətdə Koçaryan və Sarkisyanla gizli əməkdaşlıq edirlər. Əgər, Paşinyana qarşı xalq etirazı formalaşsa, ona kilsə başçılıq edəcək. Onlar hazırda iqtisadi və sosial problemlərdən dolayı yeni etiraz formalaşdırmaq üçün keçmiş siyasilər vasitəsilə iş aparırlar. Paşinyan da bundan xəbərdardırr. Əlbəttə ki, baş verənlər işğalçı ölkəyə yaxın perspektivdə stabillik vəd etmir. Bu siyasi gedişat Paşinyanın daxildə siyasi dayağının zəifləməsinə gətirib çıxara bilər. Çünki kilsə Ermənistan cəmiyyətində müəyyən nüfuza malikdir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər