• şənbə, 11 Oktyabr, 19:32
  • Baku Bakı 22°C

"3+3" görüşü İrəvan və ya Bakıda keçirilə bilər

11.10.25 00:33 149
"3+3" görüşü İrəvan və ya Bakıda keçirilə bilər

Rusiya "3+3" regional məşvərət platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna qədər keçirilməsini dəstəkləyir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin tələbələri ilə görüşdə bəyan edib. "Hazırda biz Ermənistan və Azərbaycanla da əlaqə saxlayırıq, çünki orada növbəlilik məsələsi var. Yəni həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir iclasa ev sahibliyi etməyə hazırdır, onlar növbəlilik qaydasını razılaşdırmalıdır, biz də bu istiqamətdə hər cür köməklik edirik", - o bildirib.
Səfirin sözlərinə görə, platformanın Türkiyə və İran tərəfi ilə əlaqə saxlayan bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı formatdır və regional problemlərin həllində region dövlətlərinin özləri mühüm rol oynamalıdır. 

 

banner

Oxşar Xəbərlər