Onun yoxluğu daxili işdir
Lionel Messi
Çempionlar Liqasında "İnter”lə keçiriləcək qarşılaşmada "Barselona”nın iştirak ərizəsinə
salınmayıb.
Kaspi.az xəbər
verir ki, bu, son 8 mövsümdə ilk belə hadisədir. "Barselona”nın baş məşqçisi
Ernesto Valverde bu məsələni belə şərh edib:
"Bu, klubun
daxili işidir. Baş məşqçi hazırda komandaya gərəkli olan qərarı qəbul edir.
Biz şənbə gün
gecə oynamışıq. Qarşıda bizi hansı oyunların gözlədiyini nəzərə alıb, belə qərar
vermişik. Qalanları isə komandanın daxili işidir. Ötən mövsüm də "İnter”ə qarşı
Messisiz iki oyun keçirmişdik”.